SON XƏBƏRLƏR

İranın Səudiyyə Ərəbistanındakı səfirliyi fəaliyyətini bərpa edir

2023.05.01, 14:44
İranın Səudiyyə Ərəbistanındakı səfirliyi fəaliyyətini bərpa edir

Gunaz.tv

XİN rəsmisinin sözlərinə görə, bu proses, diplomatik və konsulluq nümayəndəliklərinin fəaliyyətinin bərpasının yalnız birinci mərhələsidir.

Hazırda İranın Ər-Riyaddakı səfirliyi, həmçinin baş konsulluğu və Ciddə İslam Əməkdaşlıq Təşkilatındakı İran nümayəndəliyi öz işini bərpa edib.

Xatırladaq ki, bu ilin mart ayının əvvəlində Çinin vasitəçiliyi ilə rəsmi Tehran və Ər-Riyad iki ay ərzində diplomatik münasibətləri bərpa etmək və səfirliklərini yenidən açmaq barədə razılığa gəliblər. (apa)

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar