SON XƏBƏRLƏR

"Dumanlı Təbriz" romanının müəllifinin anım günüdür

2023.05.01, 15:46
"Dumanlı Təbriz" romanının müəllifinin anım günüdür

Gunaz.tv

Məmməd Səid Hacı Fəqir oğlu Ordubadi 1872-ci ildə Naxçıvanın Ordubad şəhərində dünyaya gəlib.

Ordubadinin "Şərqi-Rus" qəzetinin nəşri münasibətilə yazdığı ilk şeiri "Fəqir" təxəllüsü ilə 1903-cü ildə bu qəzetdə dərc etdilib.

Onun 1906-cı ildə "Qəflət" və 1907-ci ildə "Vətən və hürriyyət" adlı kitabları yaradıcılığının ilk qələm təcrübəsi idi. 

M.S.Ordubadi davamlı olaraq Güney Azərbaycan və İranda baş verən siyasi, ictimai və ədəbi hadisələrlə əlaqədə olub.

Ordubadi, Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi kimi şöhrət tapqazanıb. O, 20-ci illərdən əvvəl yazmağa başladığı dörd cildlik "Dumanlı Təbriz" (1933–1948) roman-epopeyası ilə Azərbaycan ədəbiyatında bu janrın əsasını qoyub.

O, İran və Güney Azərbaycanda daha çox "Dumanlı Təbriz" romanı ilə tanınıb. 

Yazıçının bu əsəri həm Pəhləvi hakimiyyəti dövründə, həmdə hazırkı molla rejimi dövründə qadağan edilmiş kitablar siyahısına salınıb.

M.S.Ordubadinin Cənubi Azərbaycandakı inqilabı təsvir edən "Dumanlı Təbriz" romanı Səttar xan və Bağır xanın qəhrəmanlığından, eyni zamanda Cənubi Azərbaycan inqilabçılarının öz ölkələrini İran mürtəceləri və xarici imperialistlərinin zülmündən qurtarmaq üçün apardıqları mübarizədən bəhs edir.

M. S. Ordubadi uzun sürən xəstəlikdən sonra 1 may 1950-ci ildə Bakıda dünyasını dəyişib.

Günaz.TV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar