SON XƏBƏRLƏR

"Bəluçistanda internet kəsintiləri insan haqları pozuntularını gizlətmək üçündür"-Bəyanat

2023.05.04, 13:03
"Bəluçistanda internet kəsintiləri insan haqları pozuntularını gizlətmək üçündür"-Bəyanat

Gunaz.tv

Sənəddə deyilir ki, İran hökumətinin Sistan və Bəluçistan əyalətində interneti kəsməsi bu bölgədə baş verən insan haqları pozuntularını gizlətməyə xidmət edir.

Bu bir neçə aydır Sistan və Bəluçistan əyalətində həftəlik davam edən etiraz aksiyaları barədə məlumatların yayılmaması üçün Tehran rejiminin internetə qoyduğu qadağanın şiddətlənməsi ilə eyni vaxta təsadüf edir.

"Xüsusilə son 3 ay ərzində Sistan və Bəluçistan əyalətində, özəlliklə Zahidan şəhərində hər həftə cümə namazından sonra keçirilən etiraz aksiyaları ilə eyni vaxtda internetə məhdudiyyətlər qoyulur, bir sıra hallarda internet tamamilə kəsilir.

Bu, bölgə əhalisinin əmək fəaliyyəti və gündəlik məişət məsələlərinin həll olunmasına dair işlərində problemlərin yaranmasına səbəb olur",- 23 təşkilatın birgə bəyanatında qeyd olunub.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar