SON XƏBƏRLƏR

İranın Xarici İşlər Nazirliyinin saytına haker hücumu olub

2023.05.08, 13:29
İranın Xarici İşlər Nazirliyinin saytına haker hücumu olub

Gunaz.tv

Haker hücumundan sonra XİN saytına bir neçə saatlığına giriş mümkün olmayıb.

Hücum barədə xəbəri Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani təsdiqləyib.

Hakerlər hücumla bağlı yaydıqları məlumatda XİN-in 11 min işçisi və İranın xaricdə fəaliyyət göstərən diplomatları barədə məlumatları ələ keçirdikləri bildiriblər.

Haker qrupunun iddiasına görə, İranın Xarici İşlər Nazirliyinin 210 saytı və sistemi kiberhücum nəticəsində istifadəsiz vəziyyətə salınıb.

XİN-in Bəsic Müqavimət Mərkəzinin bazalarının Mərkəzi Şura üzvləri, müşavirləri və komandirlərinin siyahısı, nazirlikdəki Kərbəla Bəsic Təşkilatının siyahısı ələ keçirilən sənədlər arasındadır.

Qrup, Xarici İşlər Nazirliyinin məsul şəxslərinin telefon nömrələri, habelə bu məmurların əlində olan avtomobillərin siyahısı, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaninin pasportunun şəkli, Hüseyn Əmir Abdullahyanın Bəsic təşkilatında üzvlük kartının fotolarını yayıb.

İranda mühüm və həssas infrastrukturlara kiberhücumlar son illərdə əhəmiyyətli dərəcədə artıb.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar