SON XƏBƏRLƏR

İranın 14 əyalətində etiraz aksiyaları keçirilib

2023.05.09, 13:06
İranın 14 əyalətində etiraz aksiyaları keçirilib

Gunaz.tv

Tehranda Rabitə Nazirliyinin qarşısında toplaşmaq istəyən işçilər təhlükəsizlik məmurlarının zorakılığına məruz qalıblar.

Məmurlar təqaüdə çıxan və işləyən rabitə işçilərini döyüb, 7 nəfəri həbs edib və aksiyanın keçirilməsinə icazə verməyiblər.

Bununla yanaşı Ərak, Əhvaz, Məşhəd, Ərdəbil, Təbriz, Zahidan, Rəşt və başqa şəhərlərdə də oxşar aksiyalar baş tutub.

Aksiyaçılar "nə dövlət, nə məclis, xalqı düşünmür", "vədə-vəid bəsdir, süfrələrimiz boşdur" və başqa bu kimi şüarlar səsləndiriblər.

Onları narazı salan əmək haqlarının artırılması ilə bağlı vədlərin yerinə yetirilməməsidir.

Bundan başqa onlar bundan öncəki ayların maaşlarını ala bilmədiklərini deyiblər.

Günaz.TV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar