SON XƏBƏRLƏR

Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Türkiyədə səfərdədir

2023.05.09, 11:42
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Türkiyədə səfərdədir

Gunaz.tv

Agentliyin İcraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, QHT rəhbərləri, media nümayəndələrinin təmsil olunduğu nümayəndə heyəti tərəfindən Ankarada xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin adını daşıyan park ziyarət edilib, abidəsi önünə əklil qoyularaq xatirəsi ehtiramla yad olunub.
 
Qeyd edək ki, nümayəndə heyəti qardaş Türkiyəyə səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində keçiriləcək anım tədbirində və müxtəlif görüşlərdə iştirak edəcək və zəlzələdən əziyyət çəkən Kahramanmaraş bölgəsini ziyarət edəcək.

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar