SON XƏBƏRLƏR

Xoyun millət vəkili İran prezidentini sərt tənqid etdi

2023.05.10, 13:26
Xoyun millət vəkili İran prezidentini sərt tənqid etdi

Gunaz.tv

Son günlər yağıntıların başlaması ilə onların yerləşdikləri çadırları su basıb.

Bu barədə yerli media və sosial media fəalları məlumat, foto və videolar yayaraq xoyluların ağır vəziyyətlərini ictimaiyyətə çatdırmağa çalışıblar.

Hökumətin zəlzələdən zərər çəkənlərə qarşı laqeyd münasibəti Xoyun İran parlamentindəki millət vəkili Adil Nəcəfzadənin də hökuməti tənqid etməsinə səbəb olub.

"Cənab Rəisi, Xoy əhalisi çox saylı problemlərlə mübarizə aparmağa məcbur ediliblər. Belə bir durumda yardım əvəzinə onlara su, qaz və elektrik borcları yazılır.

Banklar isə zəlzələdən zərər çəkənlər üçün nəzərdə tutulan kreditləri verməyiblər.

Xoy əhalisi çörək əldə etmək üçün saatlarla növbələrdə dayanmalı olurlar",- milıət vəkili İran prezidenti İbrahim Rəisiyə müraciət edib.

Qeyd edək ki, yanvarın 28-i Xoy şəhərində baş verən 5.9 bal gücündə zəlzələdə 13200 ev xəsarət alıb, 130 min nəfər çadır düşərgələrində yerləşdirilib.

Günaz.TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar