SON XƏBƏRLƏR

"Slovakiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"-Səfir

2023.05.11, 14:16
"Slovakiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"-Səfir

Gunaz.tv

Səfir bildirib ki, bu prinsiplər Rusiyanın Ukraynaya təcavüzü fonunda daha da aktuallaşıb.

“Slovakiya Respublikası Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və mübahisələrin sülh yolu ilə həllinə çağırır.

Milli azlıqların təhlükəsizliyinin və hüquqlarının məsələsinə gəlincə, biz belə hesab edirik ki, hər bir ölkə onların müdafiəsi üçün lazımi səylər göstərməlidir ki, onlar yaşadıqları ölkəni öz vətənləri hesab etsinlər.

Bununla belə, azlıqların təhlükəsizliyi və müdafiəsi məsələləri ərazi bütövlüyü prinsipinə hörmət çərçivəsində, bu ölkənin konstitusiyası çərçivəsində və beynəlxalq normalara uyğun işlənib hazırlanmalı və həll edilməlidir.

Slovakiya Respublikası milli azlıqların müdafiəsi sahəsində, eləcə də təhlükəsizlik islahatı adlanan prosesdə təcrübəmizdən istifadə etmək imkanını təklif edir”, - səfir vurğulayıb.

Günaz.TV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar