SON XƏBƏRLƏR

Muharrem İncə namizədliyini geri götürdü

2023.05.11, 15:21
Muharrem İncə namizədliyini geri götürdü

Gunaz.tv

O, bu qərarını ictimaiyyətə müraciətində açıqlayıb.

İncə digər prezidentliyə namizədlərdən heç birinə dəstəyini ifadə etməyib.

Belə ki, partiya sədri bu addımı müxalifətin seçkilərdə məğlub olacağı təqdirdə onu günahlandıra bilməməsi üçün atdığını deyib.

Bununla da Türkiyədə 14 mayda keçiriləcək prezident seçkilərində namizədlərin sayı 3-ə düşüb.

Onu da qeyd edək ki, seçki bülletenlərinin çapı yekunlaşdığı üçün İncənin adı seçki günü bülletenlərdə qalacaq.

Həmçinin ölkə xaricində səsvermə 9 mayda başa çatdığına görə bu dövrdə ona verilən səslər boşa getmiş sayılır.

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar