SON XƏBƏRLƏR

QHT təmsilçiləri səfir Rəşad Məmmədovla görüşüb

2023.05.11, 13:53
QHT təmsilçiləri səfir Rəşad Məmmədovla görüşüb

Gunaz.tv

Azərbaycanın Türkiyədəki Səfirliyində keçirilən görüşdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Azərbaycan Türkiyə Evinin və

Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov, Xüsusi Təyinatlı qazimiz Bəhruz Məmmədzadə, və digər QHT sədrləri iştirak ediblər.

Görüş zamanı Ankarada Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar təşkil olunan tədbirlərin əhəmiyyəti vurğulanıb, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı müzakirə olunub.

Qeyd edək ki,  nümayəndə heyəti Türkiyəyə səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində keçirilmiş anım tədbirində iştirak etməklə yanaşı, bir sıra görüşlər keçirəcək və dağıdıcı zəlzələyə məruz qalan Kahramanmaraş bölgəsini ziyarət edəcək.

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar