“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
“Mələvan” və “Traxtur” komandalarının oyunu azarkeşlərin Güney azərbaycanlı türklərin kimliyinə qarşı irqçi şüarlarına görə ləğv edildi
Mehrdad Əxlaqi İranın müdafiə naziri oldu
Ərəb Körfəzi Əməkdaşlıq Şurası: Tehranın addımları Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini hədəfə alır
Ermənistan işğalından Xudafərin körpüsünün azad edilməsindən altı il ötür
Vens: Müharibə davam etməlidir
Həsənu meşələrinə mədən texnikası yenidən qayıdır: Yəzdin Ərdəkan Polad Şirkəti və İranın Atom Enerjisi Təşkilatının adı çəkilir
Kürd “Ronahi” komandasının üzvlərinin Qoşaçayın “Ümidafrin” komandasının üzvlərinə hücumu (Video)
Netanyahu: İran rejimi xərçəng kimidir, ondan qurtulmasaq, geri qayıdacaq
İsrail müdafiə naziri: İranla işimiz bitməyib, bu dəfə enerji obyektlərini də hədəfə alacağıq
Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Fridrix Merts: Almaniya İsrailin yanındadır
Misir və BƏƏ Yəmən müharibəsinə qoşulmağa hazırlaşır?
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Sepah ilə PJAK arasında gərginlik; tərəflər bir-birini hədələdi
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Traxturun qapıçısı 2026-cı ilin Asiyada ən yaxşı kişi futbolçusu mükafatına namizəd olub
Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib
Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!
Yəmən İrana: Silahlarınızı ölkəmizdən çıxarın, işlərimizə qarışmayın!
İranın Pakistanla quru sərhədi bağlandı
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
Tramp ABŞ, Rusiya və Çin arasında nüvə sazişinin mümkünlüyündən danışıb
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Füzulinin işğaldan azad olunmasının altıncı ildönümüdür
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Ərəb Liqası husilərin Yəməndə hökumət və mülki obyektlərə hücumlarını pisləyib
Ankara Universitetində Məhəmmədtəqi Zehtabinin anım mərasimi keçiriləcək
İki şəhədə beş məhbus edam edildi
Vens: İranla bağlı hərbi qərarlarda Trampla mövqelərimiz üst-üstə düşür
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Soyuqbulaqda yol qəzası- Ölən və yaralananlar var
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Həmədanda dəm qazından zəhərlənən 19 həlak olub
CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranda daha beş qadın öldürülüb
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
ABŞ İraq İnkişaf Bankının İranla maliyyə əməliyyatlarına verilən icazəni ləğv edəcək
Bloomberg: İranda 150-dən çox şagird və müəllimin öldüyü məktəbə hücumla bağlı hesabat ABŞ seçkilərindən sonraya saxlanılır
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Liberman: Netanyahu hakimiyyətdə qalmaq üçün İrana qarşı hərbi əməliyyat planlaşdırır
Onlar Güney Azərbaycan Milli Dövlətçilik Şurasının iç qolu olaraq qurumun fəaliyyətini koordinasiya edəcəklər.
Məlumata görə, Güney Azərbaycan Milli Dövlətçilik Şurasının növbəti toplantısında təşkilatın fəaliyyət planı, yol xəritəsi müəyyən ediləcək, işçi komitələr, müvafiq sahələr üzrə komissiyalar yaradılacaq.
Qeyd edək ki, Güney Azərbaycan Milli Dövlətçilik Şurası 1 illik müzakirədən sonra 8 maddəlik fəaliyyət prinsipləri üzrə razılığa gəlib.
Milli Dövlətçilik Şurasının (MDŞ) yaradılması Güney Azərbaycanın qurtuluş hərəkatında yeni mərhələnin başlanğıcı ola bilər.
MDŞ-dən gözləntilər nədən ibarətdir?
Müsahibimiz Azərbaycanın bütövlüyü uğrunda hərəkatın ideoloqlarından biri, “Cümhuriyət” qəzetinin Baş redaktoru, Cebhe.info saytının direktoru, siyasi şərhçi Rəfail Becanovdur.

- Milli Dövlətçilik Şurasının (MDŞ) yaradılması İran rejiminə qarşı başlayan etirazlar fonunda zamanında verilmiş qərardır. Hesab edirəm ki, bu qurum başlayan etirazların əsas dayaq nöqtələrindən və bu etirazların geniş xalq hərəkatına çevrilməsində əsas ağırlıq mərkəzlərindən biri olacaq.
Şurada təmsil olunan şəxslərin əslən güneydən olması da mənim fikrimcə, düzgün addımdır. Qurumun fəaliyyəti, strateji nəticələrə ulaşması və taktiki addımları üçün Güneylə birbaşa əlaqəli şəxslərin olması əsas şərtlərdəndir.
Hərəkata kənardan, yəni Güneylə birbaşa əlaqəli olmadan ideoloji istiqamət, informasiya dəstəyi vermək olar, amma daxildən birbaşa informasiya almadan, hərəkətlənmənin səbəb və təsir dairəsi ilə bağlı əsaslı məlumat olmadan düzgün istiqamətlər verilməyə bilər.
Ona görə hansı addımların atılmasının dəqiq və nəticəyə əsaslanan formada proqnozlaşdırılması üçün əslən güneydən olan və ora ilə birbaşa əlaqəsi olan şəxslərin, fəalların bu qurumda təmsil olunması prosesi daha da irəli aparacaq. Bununla da çevik və planlı istiqamətlənməyə müsbət təsir edəcək.
Düşünürəm ki, bu qurumun yaranması Güneydə milli hərəkatın daha da ayaqlanmasına müsbət təsir edəcək, fərdi etirazların kütləvi mübarizəyə çevrilməsində önəmli rol oynayacaq. Güneydə milli hərəkatın əsas və aparıcı bir təşkilatı olacaq. Ona görə də Milli Dövlətçilik Şurasına, onun yaranmasına və fəaliyyətinə istər Azərbaycanın quzeyində, istərsə güneyində xüsusi diqqət var.
“İranda artıq mollalar küçədə sərbəst gəzə bilmirlər”
-MDŞ Milli Hərəaktın güclənməsində hansı rolu oynaya bilər?
-İrandakı bütün inqilabların, istər milli inqilablar olsun, istər islam inqilabı əsas gücü biz - azərbaycanlılar, Azərbaycan türkləri olmuşuq.
Bu gün İranın molla rejiminə qarşı bir etiraz hərəkatı başlayıb və bu etirazlar artan xətt üzrə gedir. 9 aydan artıqdır ki, rejim bu etirazların qarşısını ala bilmir. Əksinə, etirazlar daha da böyüyür. Artıq rejimin təmsilçisi olan mollalar küçədə sərbəst gəzə bilmirlər. Bu da onu göstərir ki, geriyə dönüş yoxdur.
Azadlıq insanların ruhuna hakim kəsilib. Təbii ki, İran da əsas qüvvə hər zaman Azərbaycan türkləri olub və yenə də belə olacaq.
Bu etirazların dairəsi məhz, azərbaycanlılar prosesə qoşulandan sonra daha da böyüdü. Bizim Güneydə soydaşlarımızı özündə birləşdirəcək vahid bir təşkilatımız yoxdur. Vahid təşkilatın olmaması soydaşlarımızın hərəkətlənməsində müəyyən problemlər yaradan amildir.
Hesab edirəm ki, Milli Dövlətçilik Şurası soydaşlarımızın istinad yeri olacaq və soydaşlarımızın vahid, milli birliyinə, təşkilatına çevriləcək. Daha sonra isə milli hərəkatın avanqard təşkilatı kimi azadlıq və müstəqillik hərəkatının aparıcı təşkilatı olacaq.
“Molla rejimi etimadı itirib və ömrünü başa vurub”
- Sizcə, "Azadlıq, ədalət, milli hökumət" şüarı Güneydə milli dövlətin yaradılması ideyasına, müstəqilliyə keçəcəkmi?
- Düşünürəm ki, İranın molla rejimi etimadı itirib və ömrünü başa vurub. Siyasi islamın gücü ilə uzun
müddət bu militarist molla rejimini qorumağın zamanı bitib.
Zor gücünə, insanları qətlə yetirməklə, gəncləri, fəalları, milli düşüncə sahiblərini, azadlıq istəyənləri, islamı rejim olaraq deyil, inanc olaraq yaşamaq istəyənləri həbs etməklə molla rejimi uzun müddət duruş gətirə bilməyəcək.
Ona görə də hesab edirəm ki, yaxın zamanlarda "Azadlıq, ədalət, milli hökumət" şüarının dominantlığı ilə Güneydə qarşısıalınmaz bir prosesin başlanğıcının şahidi olacağıq. Proses böyüdükcə isə bu şüar öz yerini müstəqil dövlət ideyasına verəcək.
“İranın Azərbaycana düşmən münasibəti dəyişməyəcək”
-Azərbaycanda İran agenturasına qarşı mübarizə sərtləşir. İran rejimi buna cavab olaraq güneydə ana dili hərəkatının fəallarına qarşı repressiyaları gücləndirə bilərmi?
-İran rejimi illərdir Azərbaycanda özünün agentura şəbəkəsini yaratmağa cəhd edib. Müəyyən mənada buna nail də olub. İfşa olunan şəbəkələr və onların üzvlərinin həbsi də bunu sübut edir. Fars-molla rejimi məzhəbçilik adı altında kimlərisə aldadaraq, inanclarından istifadə edərək, şirnikləndirərək həmin şəxsləri müxtəlif üsullarla bu şəbəkəyə cəlb edə bilib.
Azərbaycanın müvafiq dövlət qurumları bu şəbəkələrə qoşulanları ifşa edir və təbii olaraq, agentura şəbəkəsinə qarşı mübarizə sərt formada aparılır.
Azərbaycan multukultural bir ölkədir. Bütün dinlər, məzhəblər, mədəniyyətlər sərbəstdir və insanlar azad surətdə öz doğal haqlarını kullana bilirlər. Azərbaycanda agentlərə, dini siyasi vasitəyə çevirmək istəyənlərə, din pərdəsi altında agentlik edib, dövlətin və xalqın maraqlarının əleyhinə fəaliyyət göstərənlərə qarşı hüquqi tədbirlər görülür.
İranda isə illərdir bizim doğal haqqını istəyən soydaşlarımıza qarşı repressiya aparılır. Ana dilində təhsil tələb etmək İranın öz konstitusiyasının 15-ci maddəsinin işləməsini istəməkdir. Konstitusiyanın bu maddəsi məhəlli və tayfa dillərindən mətbuat və kütləvi mediada istifadə, habelə bu dillərdə təhsil hüququ verir.
Lakin İran rejimi öz qəbul etdiyi konstitusiyaya belə hörmət qoymur.
Ona görə də hesab edirəm ki, İranda bu repressiyalar heç zaman dayanmayıb, daim olub və davam edəcək.
İranın Azərbaycan düşmənçiliyi dünənin, bu günün hesabı deyil. İran Azərbaycana düşmən münasibəti illərdir davam edib və edəcək.
Ayxan
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Milli fəalara əlavə cəzalar verildi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
İsrail prezidenti Azərbaycana gəldi
Rusiyalı mütəxəssislər İrana getdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir