SON XƏBƏRLƏR

Həmədanın yüzlərlə kəndində su çatışmazlığı yaşanır

2023.05.14, 14:49
Həmədanın yüzlərlə kəndində su çatışmazlığı yaşanır

Gunaz.tv

Bu barədə Həmədan əyalətinin Kanalizasiya və Su Şirkətinin başçısı Fərhad Bəxtiyarifər açıqlama verib.

Kəndlərlə yanaşı əyalət mərkəzi Həmədan şəhərində də içməli su problemi yaşanır.

 İçməli su çatışmazlığı böhran səviyyəsinə çatsa da,  2004-cü ildə başladılan su kəmərinin çəkilişi layihəsi yarımçıq qalıb.

18 il öncə Talvar su bəndindən Həmədanın içməli suyunu təmin etmək üçün çəkilişinə başlanılan su kəmərinin tamamlanmasına büdcə ayrılmır.

Qeyd edək ki, bir müddət bundan öncə Həmədanın Regional Su Şirkətinin Su Ehtiyatlarının Qorunması və İstifadəsi bölməsinin məsulu Davud Şahsevənd əyalətdə su ehtiyatlarının tükəndiyi və yaxın gələcəkdə su çatışmazlığı böhranı yaşanacağı barədə xəbərdarlıq etmişdi. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar