SON XƏBƏRLƏR

İrqçi şair Firdovsi ilə bağlı Urmuda keçirilən tədbir etiraz doğurdu

2023.05.14, 19:56
İrqçi şair Firdovsi ilə bağlı Urmuda keçirilən tədbir etiraz doğurdu

Gunaz.tv

"Şahnamə və şahnaməşünaslıqda Qərbi Azərbaycanın yeri" adlı tədbir Urmunun "Mətbuat evi"ndə baş tutub.

Qərbi Azərbaycan əyalətinin Mədəniyyət və İrşad İdarəsi ilə farsçı cərəyanların birgə əməkdaşlığı ilə keçirilən tədbir güney azərbaycanlıların etirazları ilə qarşılaşıb.

Güneyli ziyalılar, mədəniyyət xadimləri və milli-mədəni fəallar bununla bağlı sosial mediada paylaşımlar ediblər.

Onlar başqa ölkələrdə islam dini adından siyasi vasitə kimi istifadə edən, özünü islam himayəçisi kimi qələmə verən Tehran hakimiyyətinin ikiüzlü siyasət yeritdiyini yazıblar.

Narazılar azərbaycanlıların və başqa qeyri-fars millətlərinin milli-mədəni varlığına biganə yanaşan İran hökumətinin fars şovinizminin simvolu olan Firdovsinin Azərbaycanda təbliğ olunmasını tənqid ediblər.

Onlar bunu qeyri-farslara qarşı ayrı-seçkiliyin bariz nümunəsi olduğunu bildiriblər.

Qeyd edək ki, son günlər 15 may "Firdovsi günü" ilə bağlı İranda cümə imamlarına da Firdovsinin və "Şahnamə"nin təbliği ilə bağlı göstəriş verilib.

Mayın 12-də İranın bir neçə şəhərində cümə imamları cümə namazlarında Firdovsi və onun "Şahnamə"si barədə çıxışlar ediblər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar