SON XƏBƏRLƏR

İranşəhrdə silahlı qarşıdurma-3 SEPAH üzvü öldürüldü

2023.05.15, 07:30
İranşəhrdə silahlı qarşıdurma-3 SEPAH üzvü öldürüldü

Gunaz.tv

Bəluç fəalları olayla bağlı sosial media kanallarında xəbər və videolar paylaşılıb.

Məlumata görə, əyalətin İranşəhr şəhərinin Çahcamal bölgəsində baş verən qarşıdurmada 3 SEPAH üzvü və iki bəluç ölüb, bir neçə nəfər isə yaralanıb.

Öldürülən bəluçların Kazım və Bahadur adlı iki qardaş olduğu qeyd edilib.

Hadisənin təfərrüatı barədə geniş məlumat verilmir.

Silahlı qarşıdurma SEPAH məmurlarının Çahcamal bölgəsində yaşayış binasına atəş açdıqdan sonra başlanıb.

Əyalətin polis rəisi Dostəli Cəliliyan isə silahlı qarşıdurmanın baş verməsini təsdiq edib və hökumət məmurlarının narkotik qaçaqmalçılarına qarşı əməliyyat keçirdiyini söyləyib.

O, iki polisin yaralandığını və xəstəxanaya yerləşdirildiyini bildirib, lakin tərəflərin insan itkisi barədə heç nə deməyib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar