SON XƏBƏRLƏR

Türkiyə müxalifətində istefalar başlandı

2023.05.15, 14:32
Türkiyə müxalifətində istefalar başlandı

Gunaz.tv

Muharrem İncənin rəhbərlik etdiyi Məmləkət Partiyasının Sinop vilayət təşkilatı kollektiv olaraq istefa verib.

Əvvəlcə partiyanın deputatlığa namizədi Həsən Çorum, daha sonra vilayət başçısı Serdar Başağaoğlu istefa verdiyini  açıqlayıb. Ardınca əyalət təşkilatından kollektiv istefa bəyanatı verilib.

Partiyanın deputatlığa namizədləri seçkilərə üç gün qalmış Muharrem İncenin prezidentliyə namizədliyini geri götürməsinin böyük ajiotaja səbəb olduğunu bildiriblər.

Xatırladaq ki, Məmləkət Partiyasının sədri Muharrem İnce seçkiyə 3 gün qalmış prezidentliyə namizədlikdən geri çəkilib.

İyi Partiyadan isə Meal Akşenerin iqtisadi siyasət məsələləri üzrə müavini Özcan Kadıoğlu vəzifəsindən istefa verib.

Axar.az-ın məlumatına görə, istefa qərarını Kadıoğlu özü açıqlayıb.

“İstefamı idarəçilərimizin gözləməyimi istədikləri üçün bu gün elan edirəm. Daha əvvəl başqa bir partiyadan vilayət sədrliyi, digər partiyadan isə qurucu üzvlük təklifi almağıma baxmayaraq, partiyama sədaqət səbəbindən hamısından imtina etmişdim.

Partiya mənə verilən sözləri yerinə yetirmədi”, - Kadıoğlu bildirib.

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar