SON XƏBƏRLƏR

Təbrizdə çörək qıtlığı: Mağazaların qarşısında uzun növbələr yaranıb

2023.05.17, 12:21
Təbrizdə çörək qıtlığı: Mağazaların qarşısında uzun növbələr yaranıb

Gunaz.tv

Bu barədə güneyli sosial media fəalları məlumat və fotolar yayıblar.

Məlumata görə, un çatışmazlığı səbəbindən çox sayda çörək sexi fəaliyyətini azaldıb.

Bəzilərinin fəaliyyəti isə tamamilə dayandırılıb.

İnsanlarla çörək sexləri sahiblərinin arasında yaranan mübahisələrə, əhalinin narazılıqlarına baxmayaraq, əlaqədar dövlət qurumları problemlə bağlı açıqlama verməyiblər.

Qeyd edək ki, bundan öncə 2022-ci ildə un və un məmulatlarının qiymətində bir neçə dəfə artım qeydə alınıb.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar