SON XƏBƏRLƏR

İtaliya polisi Ekvadordan Ermənistana göndərilən 2,7 ton narkotiki müsadirə edib

2023.05.17, 14:00
İtaliya polisi Ekvadordan Ermənistana göndərilən 2,7 ton narkotiki müsadirə edib

Gunaz.tv

İtaliyanın cənubunda polis Ekvadordan göndərilən, 77 ton banan yükənmiş qutularda gizlədilmiş 2700 kq (2,7 ton) kokain müsadirə etdiyini bildirib.

Narkotiklər xüsusi skanerlər və Joel adlı xüsusi öyrədilmiş itin köməyi ilə aşkar edilib.

Konteynerlər Ermənistana göndərilirdi, lakin İtaliya polisi yolda yükləri saxlayıb, BBC News bildirib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirib ki, istintaq aparır.

Qurumun məlumatına görə, malları Ermənistanda fəaliyyət göstərən və meyvə idxalı ilə məşğul olan şirkət Ekvadordakı şirkətdən sifariş edib. Həmin mallarla birlikdə bir neçə ölkədən tranzit keçən, bazar dəyəri təqribən 250 milyon avro hesab olunan “bir tona yaxın” narkotik aşkar edilib, Ermənistan MTX bildirib.

Məlumata görə, içərisində narkotik olan yük Ekvadordan yola salınıb və tranzit olaraq, Panama, İtaliya və Türkiyədən keçib Gürcüstanın Batumi limanına gəlməliymiş.  (bbc)

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar