SON XƏBƏRLƏR

Putin İranla əməkdaşlıqdan razıdır

2023.05.17, 16:01
Putin İranla əməkdaşlıqdan razıdır

Gunaz.tv

“Şimal-cənub istiqamətində daşımalar üzrə müstəqil və dayanmayan marşrutun yaradılması bizim üçün önəmlidir”-deyə, Putin bildirib.

O, bu sözləri Rəşt-Astara strateji dəmir yolunun salınması ilə bağlı keçirilən imza törənində deyib.

“Baltik dənizi sahillərindəki limanlarımızın İranın körfəzdəki limanlarına birləşdirilməsi 20 ildən sonra reallaşıb. 

Ticarət malları bu marşrutla 10 gün ərzində daşına biləcək, lakin hal-hazırda 30-45 gün çəkir”-deyə, Putin əlavə edib.

Dövlət başçısı deyib ki, Rəşt-Astara arasında 162 kilometrlik bir dəmir yolu salınacaq. Onun sözlərinə görə, bu, ölkəsinə şimal-cənub istiqamətində dayanmadan daşıma imkanı verəcək.

“Bu əməkdaşlıqlar İran ilə Rusiyanın əlaqələrinin yüksək səviyyədə olmasına dəlalət edir. 

Biz, ikitərəfli ticarət-iqtisadi əlaqələrin davam etməsini istəyirik"-Tehran-Moskva arasında qarşılıqlı əməkdaşlığı xatırladan İran liderlərinə təşəkkür edib:

"Mən iki ölkə arasında əməkdaşlığa diqqət ayıdığına görə, Rəisi və Əli Xameneyiyə təşəkkürümü bildirirəm". 
Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar