SON XƏBƏRLƏR

Ben Uolles NATO-nun yeni Baş katibi olmağa hazırdır

2023.05.18, 13:51
Ben Uolles NATO-nun yeni Baş katibi olmağa hazırdır

Gunaz.tv

APA-nın xəbərinə görə, bu barədə o, Almaniyanın DPA agentliyinə öz fikrini bildirib.

"Mən həmişə demişəm ki, bu, yaxşı işdir. Bu, mənim sevəcəyim bir işdir. NATO-nun Baş Katibi olmaq fantastik iş olardı və alyans bizim ümumi təhlükəsizliyimiz üçün son dərəcə vacibdir.

Gecələr rahat yatmağımızı təmin etmək üçün əlimdən gələni etməkdən məmnun olaram", - deyə nazir vurğulayıb.

Eyni zamanda, Ben Uolles indiki mövqeyinin də onu qane etdiyini açıq şəkildə ifadə edib.

Qeyd edək ki, mayın 15-də NATO-nun Baş katibi Yens Stoltenberq 2023-cü ilin payızında səlahiyyət müddəti başa çatdıqdan sonra bu vəzifəni tərk etmək niyyətində olduğunu təsdiqləyib.

O, həmçinin alyans ölkələrinin ona əla varis tapa biləcəyinə əminliyini ifadə edib.

Y. Stoltenberq 2014-cü ilin sonundan NATO-nun Baş katibdir.

Ayxan
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar