SON XƏBƏRLƏR

G7 Qrupunun bəyanatı Tehranı narahat edib: "Bu ittihamları qınayırıq"

2023.05.18, 13:54
G7 Qrupunun bəyanatı Tehranı narahat edib: "Bu ittihamları qınayırıq"

Gunaz.tv

Qeyd edək ki, G7 Qrupu maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin 3 günlük toplantısı bir müddət öncə Yaponiyanın Niqata şəhərində keçirilib. 

“Biz G7 Qrupu maliyyə nazirlərinin toplantısında İran İslam Respublikasına qarşı əsassız və absurd ittihamı kəskin qınayırıq”- deyə, Nasir Kənani bildirb.

XİN sözçüsü bildirib ki, G7 Qrupunun üzvləri, sədri və toplantılarına ev sahibliyi edən ölkə, öz etibarsız metodları ilə istəklərini beynəlxalq məsələlərə tətbiq etməyə cəhd edirlər.

“Biz bildiririk ki, İrana qarşı belə bir əsassız ittihamları irəli sürmək əvəzinə Amerikanın qanunsuz embarqoları ilə razılaşma və bu ölkə ilə əməkdaşlıq etmələri barədə öz təəssüf doğuran davranışlarını dayandırmalıdırlar”-deyə o, əlavə edib.

Xatırladaq ki, G7 Qrupunun maliyyə nazirləri İranla hər hansı maliyyə əməkdaşlığının təhlükəli olduğunu, həmçinin Şimali Koreyanın nüvə raketləri fəaliyyətinin nigarançılıq doğurduğunu bildiriblər.

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar