SON XƏBƏRLƏR

"Rusiya tərəfindən ölkəmizin hava məkanı pozulur" -Müdafiə naziri

2023.05.18, 14:36
"Rusiya tərəfindən ölkəmizin hava məkanı pozulur" -Müdafiə naziri

Gunaz.tv

Onun sözlərinə görə, əgər vəziyyət dəyişsə, Moldova Silahlı Qüvvələri mümkün vasitələrlə ölkəsini qoruyacaq:

“Ukrayna Rusiyaya Nikolayev və Odessa istiqamətində irəliləməyə, həmçinin Odessa yaxınlığında dəniz əməliyyatı keçirməyə imkan verməz. Amma hər halda Moldova öz ərazisini qorumağa hazırdır.

Əgər vəziyyət dəyişsə, Moldova Silahlı Qüvvələri, digər orqanlarımız, vətəndaşlarımız bütün mümkün vasitələrlə ölkəsini qoruyacaq”.

Nazir  deyib ki, hələ ki, Moldovaya qarşı heç bir fiziki hücum təhlükəsi yoxdur. Lakin Moldova ərazisində stabilliyin pozulması ilə bağlı cəhdlər var:

"Rusiya stabilliyi pozmaq üçün hibrid müharibəsinin bütün elementlərindən istifadə edir. Əsasən, kiber hücumlardan, dezinformasiyadan və manipulyasiyadan istifadə edirlər, daxili işlərə qarışırlar, eləcə də ictimaiyyət arasında gərginlik yaratmağa çalışırlar". 

Onun sözlərinə görə, Moldovanın hava məkanının pozulması halları da mövcuddur.

Bu, bir daha onu göstərir ki, Moldova necə həssasdır. Rusiya bizim fərqli vəziyyətlərdə necə reaksiya verəcəyimizdən istifadə etmək istəyir.

Raketlər Moldovadan keçməklə Ukraynanı hədəfə almışdı. Raketin elementlərindən bəziləri bizim ərazimizə düşüb.

Mən bizə qarşı iqtisadi və xüsusən də qışda enerji böhranı haqqında danışmaq fikrində deyiləm. Moldova Müdafiə Nazirliyi əməliyyat imkanlarını artırmaq üçün gərgin işləyir.

Biz silahlı qüvvələrin, ehtiyat birliklərin müntəzəm məşqlərini keçiririk və ordunun modernizasiyası və transformasiyası prosesini həyata keçiririk"-deyə, nazir bildirib.

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar