SON XƏBƏRLƏR

Əliyev, Putin və Paşinyan Moskvada görüşəcək

2023.05.18, 15:28
Əliyev, Putin və Paşinyan Moskvada görüşəcək

Gunaz.tv

O qeyd edib ki, görüş may ayının 25-də Moskvada keçiriləcək. Paşinyan Ermənistan tərəfinin görüş təklifini qəbul etdiyini bildirib.

Xatırladaq ki, İlham Əliyev və Paşinyan Avropa İttifaqının vasitəçiliyi ilə mayın 14-də Brüsseldə görüşüb.

Növbəti görüşün iyunun 1-də Moldovada keçiriləcəyi gözlənilir.

Mayın 19-da isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Moskvada görüş keçiriləcək.

Paşinyan həmçinin bildirib ki, Ermənistan tərəflərin suverenliyi və legitimliyi prinsiplərinə əsaslanaraq regionda mümkün qədər tez kommunikasiyaların açılmasına hazırdır.

Bu barədə o, hökumətin iclasında bildirib.

"Vurğulamalıyam ki, Brüsseldə dəmir yolunun blokunun açılması ilə bağlı müsbət fikir var.

Amma keçmiş təcrübəni nəzərə alaraq hələlik detalı dəqiqləşdirməyəcəyəm. 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan artıq Moskvaya gedib və orada sabah azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək", - o, deyib.

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar