SON XƏBƏRLƏR

Prezident Rusiyadan ilk birbaşa uçuşu “arzuolunmaz” adlandırdı

2023.05.19, 15:40
Prezident Rusiyadan ilk birbaşa uçuşu “arzuolunmaz” adlandırdı

Gunaz.tv

O, gürcü xalqının etirazına baxmayaraq, Rusiyanın təyyarəni göndərdiyini bildirib.

Təyyarənin endiyi Şota Rustaveli hava limanına toplaşan gürcü fəallar birbaşa uçuşların bərpasının əleyhinə olduqlarını bəyan ediblər.

Rusiya Gürcüstanla 2019-cu ildən qüvvədə olan birbaşa aviareyslərə qadağaları aradan qaldırıb, həmçinin turistlərə Rusiyada 90 günə qədər vizasız qalmaq icazəsi verib.

Qeyed edək ki, bu gün Moskvanın “Vnukovo” hava limanından Tbilisiyə 2019-cu ildən sonra ilk birbaşa reys həyata keçirilib.
Uçuşu Rusiyanın “Azimut” aviaşirkəti yerinə yetirib.

Gürcüstanın “Georgian Airways” şirkəti isə mayın 20-dən başlayaraq Tbilisi-Moskva marşrutu üzrə birbaşa uçuşlar yerinə yetirəcək.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün əvvəl Gürcüstan ilə aviasiya əlaqəsinin bərpası və viza rejiminin ləğvi barədə fərman imzalayıb.

“Azimut” şirkəti mayın 16-da Moskva-Tbilisi-Moskva marşrutu üzrə uçuşlara icazə alıb.
 

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar