SON XƏBƏRLƏR

"Səudiyyə ilə münasibətlər gec-tez normallaşacaq"-Eli Koen

2023.05.20, 09:42
"Səudiyyə ilə münasibətlər gec-tez normallaşacaq"-Eli Koen

Gunaz.tv

APA xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Koen "The Jerusalem Post" qızetinə müsahibəsində bildirib.

Qəzet qeyd edir ki, İsrailin baş naziri Benyamin Netanyahu Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılmasını əsas prioritet hesab edir. 

Bu prosesin perspektivlərindən danışan E.Koen, gec-tez bunun baş verəcəyinə əminliyini ifadə edib. "Məsələ bunun baş verib-verməyəcəyi deyil, nə vaxt olacağıdır. Səudiyyə Ərəbistanı ilə eyni maraqlarımız var", - deyə XİN rəhbəri bildirib.

E.Koenin fikrincə, Ər-Riyad və Tehran arasında münasibətlərin bərpası İsrail-Səudiyyə Ərəbistanı əlaqələrinin qurulmasına mane olmamalıdır. "İran Səudiyyə Ərəbistanının bir nömrəli düşmənidir. 

Səudiyyə Ərəbistanı onların nüvə silahına sahib olmasının qarşısını almaq üçün hər şeyi edəcək. İranla razılaşma səudiyyəlilərin amerikalılara İranın nüvə ambisiyalarının qarşısını almaqda daha fəal iştirak etmək üçün siqnal göndərmək üçün bir yol idi", - deyə E.Koen əlavə edib.

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar