SON XƏBƏRLƏR

Körfəzdə ərazi mübahisəsi: Ərəb ölkələri BƏƏ-ni dəstəklədi

2023.05.20, 14:15
Körfəzdə ərazi mübahisəsi: Ərəb ölkələri BƏƏ-ni dəstəklədi

Gunaz.tv

İclasda müxtəlif məsələlər, o cümlədən İranla Birləşmiş Ərəb Əmirlikləri arasında ərazi nübahisələri müzakirə edilib.

Qeyd edək ki, iki ölkə arasında İran körfəzindəki 3 ada ilə bağlı mübahisə var. 

İclasın yekun bəyanatında ərazi mübahisəsi ilə bağlı BƏƏ-nin mövqeyi dəstəklənib.

Qeyd olunub ki, mübahisəli  3 ada: Kiçik Tünb, Böyük Tünb və Əbu Musa BƏƏ-nin tarixi ərazisidir. 

Xatıladaq ki, İran tarixən BƏƏ-nin tərkib hissəsi olan həmin adaların özünə aid olduğunu iddia edir.

Toplantıda Ərəbistan və İranın bir müddət öncə Pekində əldə etdiyi razılaşma da təqdim edilib.

Qeyd edək ki, Tehran və Ər-Riyad iki ölkə arasında diplomatik əlaqələrin bərpası, səfirliklərin açılması, təhlükəsizlik və iqtisadi məsələlərlə bağlı anlaşmaq əldə edib.

İran-Ərəbistan əlaqələrinin yaxşılaşmağa doğru getdiyi bir vaxtda İranın həmin 3 ada barədə toplantının qərarına reaksiya verəcəyi gözlənilir. 

Bəyanatda həmçinin qeyd olunub ki, ərəb dövlətləri rəsmi silahlı qüvvələrdən başqa hər hansı yarım hərbi qrupların və silahlı birləşmələrin bölgədə mövcudluğuna qarşı çıxacaq.

Bu isə dolayısı ilə Yəməndə, İraqda, Suriyada himayəsində olan silahlı birləşmələr vasitəsilə İranın ərəb ölkələrinə müdaxiləsinə işarədir. 

Ciddə iclasında həmçinin Suriyada sabitliyin, mövcud hakimiyyətin və ölkənin ərazi bütövlüyünün dəstəklənəcəyi vurğulanıb.

Ərəb Birliyinə üzv ölkələri başçılarının Ciddədə 32-ci iclasının yekun bəyanatında terrorizmlə mübarizə də alqışlanıb.

Həmçinin terrorçu təşkilatlar vasitəsi ilə ərəb ölkələrində və ümumiyyətlə dünyada törədilən cinayətkar hərəkətlər pislənilib.

Qeyd edək ki, İranın SEPAH vasitəsi ilə ərəb ölkələrində sabitliyi pozmağa çalışması, o cümlədən Yəməndə "husi"ləri silahla təmin etməsi Ərəbistan dövləti və beynəlxalq qurumlar tərəfindən pislənilib. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar