SON XƏBƏRLƏR

Ərdəbildə hicaba görə 5 nəfər həbs edildi

2023.05.22, 07:29
Ərdəbildə hicaba görə 5 nəfər həbs edildi

Gunaz.tv

Mayın 19-da Ərdəbil əyalətinin Fındıqlı meşə parkında hökumət məmuru ilə vətəndaşlar arasında baş verən qarşıdurma nəticəsində 5 ərdəbilli həbs edilib.

Bu barədə Ərdəbil əyalətinin polis rəisi Cavad Təqəvi məlumat verib.

Şahidlərin bildirdiyinə görə, hökumət məmurları meşə parkında dincələn gənc qadınların geyim tərzlərinə irad bildirib, onları təhqir edib.

Bu, qadınların ailə üzvlərinin etirazlarına səbəb olub.

Məmurlarla onlar arasında qarşıdurma baş verdikdən sonra bölgəyə çağrılan əlavə polis qüvvələri ailələrin 5 kişi üzvünü həbs ediblər.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar