SON XƏBƏRLƏR

"Sərhədlər 1975-ci ildəki xəritələrlə müəyyən ediləcək"-Paşinyan

2023.05.22, 12:49
"Sərhədlər 1975-ci ildəki xəritələrlə müəyyən ediləcək"-Paşinyan

Gunaz.tv

"Güman olunur ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası 1975-ci ildəki SSRİ Baş Qərargahının xəritələrinə əsasən aparılacaq".

Axar.az xəbər verir ki, Paşinyan belə deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi bir neçə dəfə bu xəritələrdən bəhs etmişdi:

“Ermənistanın mövqeyi dəyişməz olaraq qalır, o, SSRİ Baş Qərargahının 1975-ci ildəki xəritələrinə əsasən delimitasiya tərəfdarıdır.

İrəvan delimitasiyanın nəticələrinə görə qoşunların güzgüvari şəkildə geri çəkilməsində israrlıdır.

Bu, təhlükəsizliyi təmin edəcək. Bu vəzifə artıq beynəlxalq birlik tərəfindən formalaşdırılıb və bu, mühüm haldır.

Bakının qoşunların çıxarılması ilə bağlı mövqeyinə gəlincə, hazırda heç bir irəliləyiş görmürük”.

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar