SON XƏBƏRLƏR

Fransa Əsədin mühakimə olunmasını istəyir: "Onun kim olduğunu unutmamışıq"

2023.05.23, 15:02
Fransa Əsədin mühakimə olunmasını istəyir: "Onun kim olduğunu unutmamışıq"

Gunaz.tv

Katerin Kolonna bununla bağlı  mayın 23-də açıqlama verib.

O, Suriyadakı vətəndaş müharibəsində minlərlə insan öldürən və kimyəvi silahlardan istifadə edən Bəşər Əsədin mühakiməsini zəruri hesab edib.

Jurnalistin “Əsədin mühakimə olunmasını istəyirsinizmi?” sualına nazir müsbət cavab verib: "Cavabım hədir"

“Cinayətlə mübarizə və cəzalandırmada toxunulmazlığa qarşı çıxmaq Fransa diplomatiyasının dəyərlərindən biridir"-deyə, Kolonna vurğulayıb. 

Xatırladaq ki, Suriyanın prezidenti Bəşər Əsəd təxminən 10 ildən artıq siyasi təcriddən sonra bir neçə gün öncə keçirilmiş Ərəb Ölkələri Başçılarının toplantısında iştirak edib. 

Lakin Fransa bildirib ki, Bəşər Əsədə qarşı siyasətini dəyişmək niyyətində deyil. 

“Bəşər Əsədin kim olduğunu unutmamalıyıq. O, 10 ildən çox öz xalqına düşmən rəhbər olub”-deyə Katerin Kolonna vurğulayıb.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar