SON XƏBƏRLƏR

Mişel Teylor İranın İnsan Haqları Şurasında sədrliyə seçilməsini pislədi

2023.05.24, 11:18
Mişel Teylor İranın İnsan Haqları Şurasında sədrliyə seçilməsini pislədi

Gunaz.tv

Sosial Məclisin “İnsan haqlarının inkişafında elm və texnologiyanın rolu” mövzusunda keçirilən toplantısında çıxış edən Teylor deyib: “İnsan haqları üzrə çox acınacaqlı tarixçəsi olan İranın bu məclisin sədrliyinə seçilməsi BMT-nin İnsan Haqları Şurasının etibarına zərbədir”.

Bəyanatda qeyd olunur ki, bu cür səhvlər İnsan Haqları Şurasında ənənəyə çevrilməməlidir.

Teylor İnsan Haqları Şurasının Sosial Məclisinin faydasız bir  quruma çevrildiyini də qeyd edib.

“BMT-nın İran üzrə xüsusi nümayəndəsi Cavid Rəhmanın hesabatında bu ölkədə insan haqlarının, o cümlədən qadın haqlarının kəskin pozulduğu, etirazçıların edam edildiyi və söz azadlığının kobud şəkildə pozulduğu bildirilir”-deyə, o, əlavə edib.

Teylor  bidlriib ki, insan haqlarının inkişafında elm və texnologiyanın ciddi rolu var. Lakin İran elm və texnologiyadan söz azadlığına basqıların artırılmasında və insan haqlarının pozulmasında istifadə edir. 

"İranın bu qurumda sədrliyə təyin edilməsi BMT-nin insan haqları sistemində ciddi dəyişikliklərin aparılmasını zəruri edir. Bu dəyişiklik insan haqlarını pozan ölkələrin həmin sistemdə baş rola keçmələrinin qarşısını almalıdır”-Teylor vurğulayıb.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar