SON XƏBƏRLƏR

İran terrorçu qruplara pul ötürmək üçün yeni qurum yaratdı

2023.05.25, 11:54
İran terrorçu qruplara pul ötürmək üçün yeni qurum yaratdı

Gunaz.tv

“Əl-Mühəndisi” adlanan qurum İraqdakı "Həşdi-Şabi" təşkilatını maliyyə ilə təmin edəcək. 

Qurum "Həşdi-Şabi" təşkilatının öldürülmüş komandanı Əbu Mehdi Əl-Mühəndisinin adını daşıyır.

Cəmiyyət İraqın baş naziri Məhəmməd Şiya Al Sudaninin köməyi ilə İraqda iri podratçılıq fəaliyyətinə və layihələrin icrasına başlayıb.

Qeyd edək ki, Əbu Mehdi Əlmühəndisi SEPAH-ın Qüds qolunun öldürülmüş komandiri Qasım Süleymaninin məsləkdaşı olub. 

Məlumata görə, İran "Əl-Mühəndisi" Cəmiyyətinin İraqda təsis edilməsi müqabilində Məhəmməd Şiya Al Sudaninin baş nazir seçilməsinə himyə edəcəyini söz veribmiş. 

İraq ordusu isə cəmiyyətin təsis edilməsinə qarşı çıxıb. 

Qeyd edək ki, baş ofisi Londonda olan "Əl-Ərəbi Əl-Cədid" xəbər portalı İranın İraqda "paralel dövlət" yaratmağa cəhd etdiyini yazıb.

Məlumata görə qeyd olunan cəmiyyətin təsis edilməsi "Həşdi-Şabi" silahlı qrupunun İraqda hərbi və iqtisadi güclənməsinə gətirib çıxaracaq.

 “Cəmiyyətin təsis edilməsində məqsəd İraqın iqtisadi və ticarət sahələrinə nəzarətdir”-deyə hesabatda bildirilir.

Bəzi eksperlər də vurğulayır ki, həmin cəmiyyət İrana əlavə gəlir imkanı qazandıracaq.

“İranın İraq üçün bütün proqramları mahiyyətcə böhran yaradır. Onlar İraqın təşkilatları və iqtisadiyyatına nəzarət niyyətindədir”- İraq məslələri üzrə ekspert Rəd Haşim belə deyib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar