SON XƏBƏRLƏR

Rusiya Müdafiə Nazirliyinin binasında yanğın baş verib

2023.05.25, 13:12
Rusiya Müdafiə Nazirliyinin binasında yanğın baş verib

Gunaz.tv

TASS Rusiyanın Fövqəladə Hallar Xidmətinə istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürmə briqadaları gəlib.

Lakin agentlik sonradan dövlət rəsmilərinin sözlərinə istinadən belə bir hadisənin olmadığını, FHN əməkdaşlarının hadisə yerinə çatarkən yanğın müşahidə etmədiklərini iddia edib.

Hadisə barədə sosial şəbəkələrdə paylaşılan videolarda isə istifadəçilər yanğının Müdafiə Nazirliyinin binasında olduğunu bildiriblər. 

“Yanğının iyi çox pis və boğucudur”-deyə, istifadəçilərdən biri yazıb.

Xatırladaq ki, mayın əvvəllərində Rusiyanın Müdafiə Nazirliyi havadan müdafiə sistemi vasitəsilə Kreml üzərində 2 PUA-nın vurulduğunu bildirib.

Moskva bu hücumu Rusiya prezidenti Vladimir Putinin öldürülməsinə cəhd kimi dəyərləndirib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar