SON XƏBƏRLƏR

Şuşaya böyük qayıdış başlanır: İlin sonadək 1 500 sakin köçürüləcək

2023.05.25, 13:24
Şuşaya böyük qayıdış başlanır: İlin sonadək 1 500 sakin köçürüləcək

Gunaz.tv

Report-un məlumatına görə, Azərbaycan Prezidentinin Şuşa şəhərində xüsusi nümayəndəliyinin baş məsləhətçisi Kənan Quliyev bu barədə Şuşada keçirilən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun 66-cı iclasında bildirib.

K.Quliyev deyib ki, “Böyük qayıdış” Dövlət Proqramına əsasən, sakinlərin şəhərə qayıtmasını və onların layiqli həyat şəraitinin yaradılmasını təmin etmək üçün ötən ilin avqust-sentyabr aylarından başlayaraq Şuşada 450 mənzillik 23 yaşayış binasının tikintisinə başlanılıb.

Baş məsləhətçi bildirib ki, ümumilikdə, hazırda Şuşada təhsil ocağının, xəstəxananın və poçt binasının tikintisi davam edir:

“Bu poçt binası ASAN və DOST xidmətlərini özündə birləşdirəcək.

Bütün bu layihələrin icrası bu ilin sonuna yekunlaşacaq”.

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar