SON XƏBƏRLƏR

Suriya gündəmi: 4 ölkənin prezidentləri görüşə bilər

2023.05.25, 13:46
Suriya gündəmi: 4 ölkənin prezidentləri görüşə bilər

Gunaz.tv

APA-nın məlumatına görə, Ankara-Dəməşq münasibətlərinin normallaşdırılması planının hazırlanmasını şərh edən Kalın deyib ki, iki həftə əvvəl Moskvada nazirlər səviyyəsində görüş baş tutub.

“Hələlik nazir müavinləri səviyyəsində gələcək təmaslar davam edəcək. Tezliklə, danışıqlar konkret nöqtəyə çatdıqda və qərarlar qəbul edildikdə, irəliləmək mümkün olacaq.

Liderlər səviyyəsində müzakirə olunacaq suallar var. Tezliklə belə bir görüşün baş tutacağını deyə bilərəm”, - İ.Kalın bildirib.

Kalının sözlərinə görə, Türkiyədə seçkilərdən sonra hakimiyyətin əsas işlərindən biri suriyalı qaçqınların vətənlərinə qayıtması məsələsi olacaq.

Beləki suriyalıların geri qayıtması üçün qrafik yaxın vaxtlarda tərtib olunacaq.

"Lakin bu kifayət deyil. Biz Suriya məsələsini bağlamalıyıq.

Orada müharibəni dayandırmalıyıq və dünya buna öz töhfəsini verməlidir", - o əlavə edib.

Ayxan
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar