SON XƏBƏRLƏR

"Azərbaycan minalarla ən çox çirklənmiş ölkələr arasındadır" - BMT rəsmisi

2023.05.26, 11:32
"Azərbaycan minalarla ən çox çirklənmiş ölkələr arasındadır" - BMT rəsmisi

Gunaz.tv

"Azərbaycan minalarla ən çox çirklənmiş ölkələr arasındadır".

Modern.az-ın məlumatına görə, bunu  Birləşmiş Millətlər Təşkilatının Minalardan Təmizləmə Xidmətinin (UNMAS) direktoru İlene Kon deyib.

O, Bakıda keçirilən "Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda beynəlxalq konfrans iştirakçılarına video müraciət edib.

İlene Kon bildirib ki, BMT ölkələrin minalardan təmizlənməsinə yardım etməyə, minaların yayılmasının qarşısının alınmasını təşviq etməyə davam edəcək.
 
BMT yetkilisi deyib ki, Azərbaycan hökuməti, ANAMA minaların təmizlənməsi istiqamətində əhəmiyyətli işlər görüb.

Onun  fikrincə,  ANAMA həm də digər ölkələrlə öz təcrübəsini bölüşür ki, bu da vacibdir.

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar