SON XƏBƏRLƏR

İranda insanlar uşaqların gözü qarşısında edam edilir

2023.05.26, 11:45
İranda insanlar uşaqların gözü qarşısında edam edilir

Gunaz.tv

Sənəndəc, Urmu, Qorqan, Ciroft, Marağa və  Kirman şəhərlərində edam edilənlərin narkotik maddələrin alveri və qətldə ittiham olunduqları bildirilir.

İran İnsan Haqları Təşkilatı yaydığı bəyanatda Marağada ictimaiyyətin və uşaqların gözü qarşısında bir nəfərin edam edilməsini də pisləyib.
 
Təşkilat uşaqların sağlamlığına cavabdeh olan beynəlxalq qurumları, o cümlədən UNİSEF-i bu hərəkətə görə Tehran hakimiyyətini qəti şəkildə məhkum etməyə çağırıb.

Qeyd edək ki, son 1 ay ərzində İran həbsxanalarında 123 nəfər, 2023-cü ilin əvvəlindən bu günə kimi isə 300 nəfərdən çox məhkum edam edilib.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar