SON XƏBƏRLƏR

“Rusiya Ukraynaya qalib gələ bilməyəcək”-General

2023.05.26, 12:44
“Rusiya Ukraynaya qalib gələ bilməyəcək”-General

Gunaz.tv

General Milley bu sözləri may ayının 25-i Ukrayna Müdafiəsi Təmas Qrupunun virtual toplantısından sonra deyib. 

Amerikalı general Ukraynaya da xəbərdarlıq edib: “Düşünmüəm ki, Rusiyanın bütün qüvvələrini Ukraynadan çıxarılması mümkün olacaq”.

Xatırladaq ki, Ukraynanın prezidenti Volodimir Zelenski demişdi ki, rus ordusunu işğal olunmuş Ukrayna torpaqlarından tamamilə çıxarmaq niyyətindədirlər. 

Lakin general Milley prezidentin bu nikbinliyini bölüşmür.

"Mən bunun ola bilməyəcəyini demirəm, ancaq demək istəyirəm ki, bu, çox çətin bir məsələdir”-deyə, Milley cari ilin əvvələrində demişdi.

General Milley dünənki çıxışında bu iddiasını təkrar edib.

“Bu məqsədin qısa müddətdə reallaşması çətindir. Müharibə davam edəcək, qarşıda çox qanlı və çətin günlər var. 

İki tərəf müharibənin hansısa bir mərhələdə münaqişəni həll etməyə danışıqlara keçəcək, ya da hərbi bir nəticə alınacaq”-deyə amerikalı general vurğulayıb.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar