SON XƏBƏRLƏR

"İranda həbs oluna bilərsiniz"-XİN ölkə vətəndaşlarına çağırış etdi

2023.05.26, 13:30
"İranda həbs oluna bilərsiniz"-XİN ölkə vətəndaşlarına çağırış etdi

Gunaz.tv

“Həmin vətəndaşlar İrana getsələr hökumət rəsmiləri tərəfindən özbaşına saxlanıla, istintaqa cəlb edilə bilər"-XİN bəyan edib.

Nazirlik həmçinin vurğulayıb ki, İran rəsmiləri həmin vətəndaşların saxlanılması üçün sırf “Biritaniya pasportuna malik olmağı” yetərli dəlil kimi tanıyır.

“Vətəndaşlar aylarla və hətta illərlə İranda həbs oluna bilər”-deyə bildirişdə qeyd olunub.

“Vətəndaşlarımız bilməlidir ki, İranda problemlə üzləşsələr Britaniya dövləti onlara köməklik etməyə qadır olmayacaq.

Hazırda İranda olan britaniyalı vətəndaşlar İranda olduqları barədə yenidən  düşünməlidirlər"-deyə, nazirliyin xəbərdarlığında qeyd olunub. 

Qeyd edək ki, İran bu ölkəyə səfər edən Amerika və Avropa ölkələri vətəndaşlarını müxtəlif ittihamlarla saxlayır. 

Məqsəd isə İrana qarşı sanksiyaların götürülməsi, İranın bloklanmış vəsaitinin azad olunmasıdır.

Tehran eyni zamanda bu amildən bu ölkənin nüvə danşıqlarında və sair məsələlərdə rıçaq kimi istifadə edir.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar