SON XƏBƏRLƏR

Tehranda on minlərlə uşaq məcburi əməyə cəlb edilir

2023.06.12, 15:46
Tehranda on minlərlə uşaq məcburi əməyə cəlb edilir

Tehran şəhərində 70 min azyaşlı uşaq müxtəlif növ işlərə cəlb edilərək istismar olunur.

Gunaz.tv

Bu barədə Tehran Şəhər Şurasının Səhiyyə Komitəsinin sədri Sudə Nəcəfi "Həmşəhri" qəzetinə açıqlamasında deyib.

O, bu uşaqların təhsildən uzaqlaşdırılaraq ağır işlərə cəlb edildiklərini və yaşayış yeri, əmək haqqı, normal qidalanma və səhiyyə xidmətlərindən məhrum olduqlarını bildirib.

Qeyd edək ki, bir müddət bundan öncə açıqlanan hesabatda İranda 120 min azyaşlı uşağın məişət tullantılarının yığılması ilə məşğul olduqları qeyd olunub.

Qeyri-rəsmi məlumatlarda isə bu istatistikanın həqiqəti əks etdirmədiyi və küçədə yşayan, məcburi işə cəlb olunan azyaşlıların sayının daha çox olduğu vurğulanır.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar