SON XƏBƏRLƏR

"Durum eşitdiyinizdən qat-qat pisdir"-Trampdan Ukrayna açıqlaması

2023.06.12, 15:46
"Durum eşitdiyinizdən qat-qat pisdir"-Trampdan Ukrayna açıqlaması

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Corciya ştatında etdiyi çıxışında Ukraqyna müharibəsindən danışıb.

Gunaz.tv

Tramp Corciya ştatında etdiyi çıxışında ABŞ-ın demək olar ki, bütün arsenalını Ukraynaya verdiyini bildirib.

“Hazırda sursatımız yoxdur, demək olar ki, bütün sursatlarımız Ukraynadadır. Ordumuzu yenidən qurduq, çoxlu silah-sursatımız var idi, dolduq.

Çoxlu sursatımız var idi. İndi özümüzü qorumaq üçün çox az sursatımız qalıb”-Corciya əyalətində Respublikaçılar Partiyası tərəfdarları ilə görüşən Tramp belə deyib.

Tramp müharibəni prezident seçilməmişdən əvvəl bitirə biləcəyini iddia edib: “Rusiya ilə Ukrayna arasındakı müharibəni oval kabinetə girmədən, prezidentliyi qazanmadan əvvəl həll edəcəm.

Bunu tez edəcəyik. Mən prezident olsaydım, bu heç vaxt baş verməzdi. Ölənlərin hamısı bu gün sağ olacaqdı.

Rəqəmlər eşitdiyinizdən qat-qat pisdir. Hər yerdə dağılmış binaları görürsən. Bu hücumlarda yüzlərlə, hətta minlərlə insan həlak olub. Yüz minlərlə insan öldürülür.

Mən vəzifəyə başlamazdan əvvəl bunu çox tez yerinə yetirəcəyəm”.

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar