SON XƏBƏRLƏR

Şimali Koreya əhalisi aclıq çəkir

2023.06.15, 17:16
Şimali Koreya əhalisi aclıq çəkir

Şimali Koreyada iqtisadi böhran sosial fəlakətə yol açıb.

Gunaz.tv

BBC xəbər agentliyi ölkə sakinlərinə istinadən bildirir ki, səfalətə səbəbə Pxenyanın 2020-ci ildə sərhədlərini tamamilə bağlamasıdır.

Şimali Koreyanın 3 vətəndaşı Seulda yerləşən “Dayli NK” qəzetinin köməyi ilə BBC-yə məxfi müsahibə veriblər.

Onlar sərhədlər bağlı olduğu üçün aclıq çəkdiklərini, sağ qalmaq üçün qaydaları pozmaq zorunda qaldıqlarını  bildiriblər.

“Bu cür müsahibələr Şimali Koreyada dağıdıcı fəlakətin yarandığını göstərir"-bunu insanların ölkədən qaçmasına yardım edən “Şimali Koreyada Azadlıq Birliyi"ndən Sokil Park deyib.

Şərti adı "Ci Yeon" olan və Pxenyanda yaşayan bir qadın vəziyyətin dözülməz olduğunu deyib.

 “Evində acından ölən 3 nəfərlik bir ailəni tanıyıram. Su aparmaq üçün onların qapısını döydük, lakin kimsə açmadı. 

Məmurlar mənzilə girərkən həmin ailə üzvlərinin cəsədlərini gördülər”.

Şərti adı "Çan Hu" olan başqa bir vətəndaş isə müsahibədə deyib: “Ərzaq o qədər azdır ki, kəndimizin sakinlərindən 5 nəfəri acında öldü".

Qeyd edək ki, Şimali Koreyanın 26 miyon əhalisi var. Hökumət ölkə əhalisini ərzaqla təmin edə bilmir. 

Çinlə sərhədə nəzarət gücləndirilib, ərzaq gətirmək cəhdi edənlərə atəş açmağa icazə verilib.  

Xatırladaq ki, 1990-cı ilin sonlarında ölkədə 3 milyon insanın ölümü ilə nəticələnən ərzaq qıtlığı yaranmışdı.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar