SON XƏBƏRLƏR

İsrail Merkava tanklarının Avropaya ixracı üçün danışıqlar aparır

2023.06.16, 09:37
İsrail Merkava tanklarının Avropaya ixracı üçün danışıqlar aparır

İsrail ilk dəfə olaraq özünün Merkava tanklarının Avropaya çatdırılmasına başlaya bilər və hazırda Avropa ölkələrindən biri ilə müvafiq danışıqlar aparılır.

Gunaz.tv

Bu barədə “Yediot Ahronot” qəzeti xəbər verir.

Nəşrin məlumatına görə, söhbət 1980 və 1990-cı illərdə İsraildə istehsal edilmiş döyüş növbətçiliyindən çıxarılan ikinci və üçüncü nəsil texnikadan gedir. Bir neçə il əvvəl onlar ehtiyata buraxılmışdı, lakin Ukraynadakı hərbi əməliyyatlar fonunda dünya bazarında belə zirehli maşınlara tələbat artdı.

APA-nın məlumatına görə, əsas döyüş tankı Merkava (ivrit dilindən tərcümədə - "araba") 1979-cu ildən İsraildə istehsal olunur. Söhbət 200-dən çox köhnəlmiş İsrail tankının satışından gedir. Onların satışı, ilkin hesablamalara görə, İsrailə on milyonlarla dollar gəlir gətirə bilər.

Sövdələşmələr hələ də ABŞ Müdafiə Nazirliyi tərəfindən təsdiqlənməlidir, çünki bu tanklarda Amerika istehsalı olan detallardan istifadə edilir.

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar