SON XƏBƏRLƏR

Rəisinin nikaraqualılara məsləhəti gülüş doğurdu

2023.06.16, 13:49
Rəisinin nikaraqualılara məsləhəti gülüş doğurdu

İran prezidenti İbrahim Rəisinin Nikaraquaya rəsmi səfərinin ikinci günündə iki ölkə arasında müxtəlif sahələrdə 3 əməkdaşlıq sənədi imzalanıb.

Gunaz.tv

Bu memorandumlar yurisdiksiya, iqtisadi əməkdaşlıq, ticarət, tibbi avadanlıq və təchizat sahələrinə aiddir.

Nikaraqua prezidenti Daniel Orteqa ikitərəfli görüşlərdə müxtəlif məsələlərin müzakirə edildiyini və İranın iki ölkə arasında razılaşmalar əldə etmək iradəsini ortaya qoyduğunu bəyan edib.

Rəisi çıxışı zamanı nikaraqualıları Əli Xameneyinin tövsiyə və məsləhətlərinə diqqət yetirmələrini istəyib.

Prezidentin bu çıxışı iranlı sosial media istifadəçilərinin istehzası ilə qarşılaşıb.

"Əli Xameneyinin tövsiyə və məsləhətləri nəticəsində günümüz qara olub, nikaraqualılar onsuz da yaxşı vəziyyətdə deyillər, Xameneyinin tövsiyələrini nəzərə alsalar daha dərinə batacaqlar" ,- istifadəçilər yazıblar.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar