SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatından İranla bağlı xəbərdarlıq

2023.06.16, 15:35
Beynəlxalq Əfv Təşkilatından İranla bağlı xəbərdarlıq

Beynəlxalq Əfv Təşkilatının Almaniya ofisi İranda edamların qarşısını almağa çağırıb.

Gunaz.tv

Təşkilat bəyan edib ki, hələ may ayında orta hesabla İranda gündə 3 nəfər edam olunub.

“İran həbsxanaları dövlət hökmləri ilə kütləvi qətillər məkanına çevrilib. Hakimiyyət hazırda da bir sıra edamlar etməyə hazırlaşır”- BƏTin Almaniya hökumətinə müraciətində deyilir.

Təşkilat bildirib ki, ötən illə müqayisədə 2023-cü ilin ilk 5 ayında narkotik ittihamı ilə edam olunanların sayı 3 qat artıb.

Bəyanatda Almaniya vətəndaşlarından xahiş edilir ki, bu kampaniyaya qatılaraq İranda edamların dayandırılması üçün ölkənin Xarici İşlər Nazirliyinə təzyiq etsinlər.

Qurum Almaniya hökumətinin İranda edama məhkum olunanların saxlanıldığı həbsxanaya nümayəndə göndərməsini tələb edib.

İnsan haqları üzrə bu beynəlxalq təşkilat bildirib ki, İran Çindən sonra dünyada ən çox edam edən ölkədir. 

Qeyd edək ki, 2021-ci ildə İranda edam olanların sayı 341 nəfər 2022-ci ildə is bu rəqəm 576 nəfərə artıb. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar