SON XƏBƏRLƏR

Səudiyyənin xarici işlər naziri İrana səfər edəcək

2023.06.17, 10:53
Səudiyyənin xarici işlər naziri İrana səfər edəcək

Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysəl bin Fərhan gələn şənbə Tehrana gedəcək.

Gunaz.tv

Tehran mediasının verdiyi məlumata görə, o, İran rəsmiləri ilə görüşəcək və danışıqlar aparacaq.

Səfər zamanı Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin 7 illik fasilədən sonra yenidən açılacağı ehtimal edilir.

Qeyd edək ki, İranın Ər-Riyaddakı səfirliyi və bu ölkənin Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki konsulluğu uzun illər fəaliyyətini dayandırmışdı.

İranın krallıqdakı diplomatik təmsilçilikləri ötən həftə öz missiyasını bərpa edib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar