SON XƏBƏRLƏR

Sanksiyalardan yayınan İran neft satışını artırıb-"Bloomberg"

2023.06.17, 12:08
Sanksiyalardan yayınan İran neft satışını artırıb-"Bloomberg"

İran nefti yenidən və səssizcə dünya bazarına çıxıb. Ötən 5 illə müqayisədə İran neft satışını maksimum həddə çatdırıb. Bu barədə "Bloomberg" agentliyi yazıb.

Gunaz.tv

Nəşr "Kepler" Cəmiyyətinə istinadən bildirib ki, Amerikanın tətbiq etdiyi sanksiyalar qalsa da, İranın xam neft ixracatı ötən payızdan bu yana ikiqat artıb, may ayında gündəlik 1.6 milyon barelə yüksəlib.

Bu həcmdə neft ixracatı isə Amerikanın 2018-ci ildə yeni sanksiyalarından sonra İranın geopolitik arenaya yenidən qayıtması hesab olunur.

Həmçinin baş ofisi Parisdə yerləşən Beynəlxalq Enerji Agentliyi bildirib ki, İran xam neft ixracatını 2.9 milyon barelə yüksəldib.

Məlumata əsasən İranın xam nefti əsasən dünyanın ən böyük neft idxalçısı Çinə ixrac olunur.

Səbəb isə İranın nefti ucuz satmasıdır.

Neft satışının artması maliyyə təcridindən çıxmayan İranın bazarda öz yerini yenidən təsbit etməsi deməkdir. 

Bunun Çinlə əlaqələrin gücləndirilməsi və Vaşınqtonla diplomatik anlaşmaların başlanması ilə əlaqə olduğu bildirilir.

 "Bloomberq" həmçinin bildirib ki, İranın xam neft istehsalı və satışını artırması ölkənin dağılmış iqtisadiyyatının inflyasiyadan qurtarmasına və etirazların səngiməsinə gətirib çıxaracaq.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar