SON XƏBƏRLƏR

Yeni Zelandiya daha 18 İran rəsmisini "qara siyahı"ya saldı

2023.06.20, 12:00
Yeni Zelandiya daha 18 İran rəsmisini "qara siyahı"ya saldı

Yeni Zelandiya etirazçılara təzyiqlərdə rolu olmuş 18 İran rəsmisinə sanksiya tətbiq edib.

Gunaz.tv

Bununla da Zelandiyanın sanksiya tətbiq etdiyi İran rəsmilərinin sayı 55 nəfər artıb.

Sanksiya siyahısında Tehran şəhəri İnqilab Məhkəməsi 15-ci Şöbəsinin sədri Əbulqasım Salavatinin,  İnqilab Məhkəməsinin və Ali Məhkəmənin hakimi Məhəmməd Müqəyyisənin, SEPAH-ın Sarulla Qərargahı komandirinin canişini Hüseyn Nicatın adları var. 

Həmçinin “Bəsic” Yarımhərbi Qurumu Kiber Qərargahının rəisi Müslim Müinin, Sistan və Bəluçistan Əyalətinin SEPAH komandiri Əhməd Şifaihi, habelə Sənəndəc şəhəri İntizam Qüvvələrinin komandiri Əlirza Muradinin və digər rəsmilərin adları müşahidə olunur. 

Xatırladaq ki, Yeni Zelandiya ötən ilin dekabr ayının 12-də və cari ilin fervral ayının 15-də İran xalqının rejim əleyhinə etirazlarını dəstəkləmək məqsədi ilə İran rəsmilərinə sanksiya tətbiq edib. 

Bu arada Kanada hökuməti də İran rəsmilərinə qarşı sanksiya tətbiq edib. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar