SON XƏBƏRLƏR

BMT-nin İnsan Haqları ali komissarından İranla bağlı çağırış

2023.06.20, 12:35
BMT-nin İnsan Haqları ali komissarından İranla bağlı çağırış

BMT-nin İnsan Haqları ali komissarı Volker Türk İranda artan edamların narahatlıq doğurduğunu bildirib.

Gunaz.tv

O, bu barədə iyunun 19-da İranın Əhvaz və Deyləm həbsxanalarında 3 məhbusun küçələrdə edamından sonra bu açıqlama ilə çıxış edib.

Volker Türk onlarla ölkənin, o cümlədən İranın nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda İranda bir müddətdir edamların kəskin artdığını vurğulayıb.

O, həmçinin İranda qadınlara qarşı ayrı-seçkiliyin davam etdiyini bildirib.

“İranla diplomatik əlaqələri olan, xüsusilə də bu hökumətlə danışıqlar aparan ölkələr bu cür cinayətlərə göz yummamalıdır”- komissar belə deyib.

İranın İnsan Haqları Təşkilatının rəhbəri Mahmud Əmiri Müqəddəm də öz çıxışında İranda edamların yenidən başlandığını vurğulayıb.

Dünya ictimaiyyətinə çağırış edən Mahmud Əmiri Müqəddəm İran hökumətinin törətdiyi cinayətlərin dayandırılması üçün ciddi fəaliyyətə ehtiyac olduğunu bildirib. 

Qeyd edək ki, qeyri-hökumət təşkilatı olan İranın İnsan Haqları Təşkilatı 2007-ci ildə təsis edilib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar