SON XƏBƏRLƏR

İranın terror aktlarında rolu ifşa edildi

2023.06.20, 13:15
İranın terror aktlarında rolu ifşa edildi

İordan çayının Qərb sahilinin şimalı, xüsusilə də Cənin şəhəri və civarında bir müddət öncə baş vermiş iğtişaşlarda İranın əli var. Bu iddia ilə İsrailin "Kanal 11" televiziyası bu ölkənin hərbi və təhlükəsizlik qurumlarına istinadən çıxış edib.

Gunaz.tv

Kanal həmçinin qeyd edib ki, fələstinli yarımhərbi birləşmələrin bölgədə  yolkənarı bombalı terror aktları İranın texniki və maliyyə yardımı ilə edilir.

“İsrail ordusuna məxsus "CİP" avtomobilinin altına yerləşdirilmiş və 7 əsgərin yaralanmasına səbəb olmuş bomba da həmin yardımlar sırasındadır.

Bu hərəkətlərin məqsədi Cənin və Nablosu Livanın cənubu kimi bir bölgəyə çevirmək və bu ərazidə İsrailin daha geniş əməliyyat keçirməsinin qarşısını almaqdır ”- kanal vurğulayıb.

Qeyd edək ki, bu hadisələrdən sonra İsraildə ordunun bölgədə daha genişmiqyaslı əməlliyyatlar keçirməsinə yönəlik çağırışlar artıb. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar