SON XƏBƏRLƏR

İranda un qıtlığı yaşanır-Millət vəkili hökuməti laqeydlikdə qınadı

2023.06.21, 13:43
İranda un qıtlığı yaşanır-Millət vəkili hökuməti laqeydlikdə qınadı

Rəsmilər tərəfindən təkzib edilsə də İranın müxtəlif bölgələrində un və çörək qıtlığı ilə bağlı xəbərlər yayılır.

Gunaz.tv

Problemlə bağlı Urmu şəhərinin İran parlamentindəki millət vəkili Salman Zakir açıqlama verib.

İranın "Şərq" qəzetinə müsahibə verən Salman Zakir ölkədə un və çörk qıtlığı barədə məlumatları təsdiqləyib.

"Əkinçilərin 4 trilyon tümən alacaqları dövlət tərəfindən ödənilməyib və təəssüflə onların problemlərinə laqeyd yanaşılır",- millət vəkili hakimiyyəti tənqid edib.

Salman Zakir İbrahim Rəisinin təklif etdiyi və parlament tərəfindən təsdiq edilən yeni kənd təsərrüfatı naziri Məhəmmədəli Nikbəxtin uğursuz seçim olduğunu deyib.

Onun fikrincə, yeni nazir problemlərin həllinə nail ola bilməyəcək.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar