SON XƏBƏRLƏR

Milli fəal Əli Rzayi azadlıqdan məhrum edildi

2023.06.22, 13:49
Milli fəal Əli Rzayi azadlıqdan məhrum edildi

Tehranda yaşayan azərbaycanlı milli-mədəni fəal Əli Rzayi İnqilab Məhkəməsinin 15-ci bölməsi tərəfindən 6 il həbs cəzasına məhkum edilib.

Gunaz.tv

Bu barədə fəalın yaxınları sosial mediada paylaşım ediblər.

Sosial mediadakı paylaşımlarını əsas gətirərək Rzayiyə qarşı "hökumət əleyhinə təbliğat və etiraz aksiyalarına qoşulmaq" ittihamı irəli sürülüb.

O, barəsində hökm çıxarılmadan öncə 193 gün istintaq təcridxanasında saxlanılıb. Ailə üzvlərinin dediyinə görə fəala işgəncə verilib.

İKT mühəndisi olan, xüsusi kurslarda Türkiyə türkcəsini tədris edən Əli Rzayi ana dili hərəkatının tanınmış simalarından və çevrə fəallarından biridir.

Qeyd edək ki, Rzayi 2022-cü il dekabrın 11-də Tehranın Şuş məhəlləsində yerləşən mənzilində təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Evində axtarış aparılan fəalın şəxsi əşyaları hökumət məmurları tərəfindən müsadirə olunub.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar